Ermənistanda hərbçilər qəzaya düşdülər - FOTO

Ermənistanda hərbçilər qəzaya düşdülər - FOTO

Ermənistanda içərisində hərbçilərin olduğu avtomobil qəzaya düşüb.

Hurriyyet.org xəbər verir ki, hadisə bu gün səhər Vanadzor-Dilican avtomobil yolunda baş verib.

"Ford" markalı avtomobil hərəkətdə olarkən elektrik dirəyinə çırpılıb, daha sonra kənd evlərindən birinə dəyib. Avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Onların hər ikisi hərbçidir.

Yaralılar Vanadzorda hərbi hospitala yerləşdiriliblər.

Sürücünün vəziyyəti orta ağır, sərnişin vəziyyəti ağır qiymətləndirilir./apa/

  • Hamısı
  • Loading...