Ermənistanın müdafiə naziri vəzifəsindən çıxarıla bilər

Ermənistanın müdafiə naziri vəzifəsindən çıxarıla bilər

“Toplananların yerini dəyişdikdə cəm dəyişmir”

Hurriyyet.org xəbər verir ki, bu barədə İrəvanda dərc edilən “Aykakan Jamanak” qəzeti yazıb: “Ermənistanın Respublika partiyası dairələrində müdafiə naziri Vigen Sarkisyanın istefası məsələsi müzakirə edilir. Bizim mənbələrimizin verdiyi məlumata görə, Serj Sarkisyan Vigen Sarkisyandan narazılığını bildirib və onun müdafiə naziri postunda özünü göstərə bilmədiyi deyib”.

Qəzetin mənbəsinin dediyinə görə, aprelin 9-dan sonra Ermənistanın indiki müdafiə naziri ölkənin xarici işlər naziri təyin edilə bilər. Mənbə müdafiə naziri vəzifəsinə Artak Zakaryanın namizəd olduğunu bildirib.

Hazırda Zakaryan Ermənistan müdafiə nazirinin birinci müavinidir. O, buraya Milli Şuradan gəlib.

Respublikaçılar partiyasının ölkə prezidenti postuna indiki xarici işlər naziri Edvard Nalbanyanı namizəd göstərəcəyi güman edilir.

Qəzet onu da yazır ki, aprelin 9-dan sonra parlament tərəfindən Ermənistan prezidenti seçiləcək şəxs olduqca məhdud səlahiyyətlərə malik olacaq.

Hurriyyet.org

Loading...

QALEREYA