Ermənistanın Qarabağda yeni “seçki şousu”nun məqsədi - Makedoniyalı deputatdan ŞƏRH

Ermənistanın Qarabağda yeni “seçki şousu”nun məqsədi - Makedoniyalı deputatdan ŞƏRH

Makedoniya türklərinin rəhbəri, Makedoniya Türk Hərəkat Partiyasının lideri, millət vəkili Enes İbrahim Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “yerli özünüidarəetmə orqanlarına seçkilər”ə münasibət bildirib.

Bu barədə Hurriyyet.org-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Dünya separatçı Dağlıq Qarabağ rejimini beynəlxalq hüququn subyekti kimi tanımırsa, orada keçirilən seçkilərin heç bir mənası yoxdur. Bu, özünü aldatmaqdan başqa bir şey deyil. Ermənistanın işğalçı siyasətini dünya birliyi görür. Bu gün dünya birliyinin diqqətini işğal etdikləri torpaqlara çəkmək üçün “seçki şousu” yaradırlar. Ermənistanın planı bu dəfə də fiaskoya uğrayacaq”, - deyə siyasətçi vurğulayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA