“Ermənistanın təhlükəsizliyi təhdid altındadır” - Şarmazanov

“Ermənistanın təhlükəsizliyi təhdid altındadır” - Şarmazanov

"Ermənistanda hər şey bir-birinə qarışıb. Baş nazir Nikol Paşinyanın davranışları və uğursuz daxili-xarici siyasəti Ermənistanın təhlükəsizliyinə təhdid yaradır"

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq vitse-spikeri, Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib. O, bildirib ki, Paşinyan hökuməti əhaliyə verdiyi vədləri yerinə yetirmir.

“Hökumət maaşların artırılmasını və yeni iş yerlərinin açılmasını vəd edi, amma əvəzində guya optimallaşdırma apararaq iş yerlərini ixtisara salır. Sevgi və həmrəylik vəd edir, amma əksinə, ölkəmizdə nifrəti təbliğ edirlər. Söz verirlər ki, qisas alınmayacaq, amma siyasi həbslər həyata keçirirlər. Bu siyahını uzun müddət davam etmək olar.

Qanunun aliliyindən danışırlar, amma öz ölkələrinin polis polkunu ələ keçirən silahlı terrorçuları əfv edirlər. İstənilən demokratik ölkədə polis polkunu ələ keçirənlər indi həbsxanada idilər, amma Ermənistanda onlar sərbəst şəkildə siyasi fəaliyyətlə məşğuldurlar. Bu, absurddur. İndi də deyirlər ki, həmin terror aktını həyata keçirənlər inqilabın müjdəçisidirlər. Bu, nəinki həlak olan polislərin xatirəsinə hörmətsizlikdir, həm də dövlətimizin dayaqları və təhlükəsizliyinə təhdiddir”

Şarmazanov qeyd edib ki, yürüşlər və müxtəlif növ şoular təşkil etməkdənsə, Nikol Paşinyan hakimiyyəti daxili təhlükəsizliyə təhdidlər barədə düşünsə, daha yaxşı olar.

“Utancvericidir. Prezident Robert Koçaryanı həbs ediblər, Ermənistan Polisinin Post-Patrul Xidməti polkunu ələ keçirən silahlıları isə azad buraxıblar. Bu barədə düşünün, dostlar. Və sonra deməyin ki, mən sizi xəbərdar etmədim” – Şarmazanov vurğulayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA