Etiraz aksiyası təşkil edənlər polisə pul ödəyəcəklər - BELARUSDA

Etiraz aksiyası təşkil edənlər polisə pul ödəyəcəklər - BELARUSDA

Belarusda qeyri-dövlət tədbirləri - etiraz aksiyası, nümayiş, piket, tarixi günlərə həsr edilən mərasimlər, konsertlər keçirmək ödənişli olub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, küçədə tədbir keçirən təşkilatçılar ictimai asayişi təmin etmək üçün polis əməkdaşlarına (milis əməkdaşı) pul ödəməlidirlər.

Həmin məbləğ isə aşağıdakı kimi müəyyən edilib: 10 nəfərədək şəxsin iştirak etdiyi tədbiri 3 polis mühafizə edəcək. Buna görə 31 avroyadək pul ödənməlidir. 100-dək şəxsin qatıldığı tədbiri 25 polis qoruyacaq. Bu isə təşkilatçılara 260 avroya başa gələcək. 1000 nəfərədək insanın iştirak etdiyi tədbirin təhlükəsizliyini 150 polis təmin edəcək. Bu zaman asayiş keşikçilərinə 1555 avro ödəniləcək. 1000-dən çox iştikarçının qatıldığı tədbirin keçirildiyi yerə 250 polis göndəriləcək. Bu isə təşkilatçılara 2590 avroya başa gələcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA