“Eurovision” ciddi deyil, qəribə insanları göndərirlər” - Əməkdar artist

“Eurovision” ciddi deyil, qəribə insanları göndərirlər” - Əməkdar artist

Əməkdar artist Səbinə Babayeva AzTV-də yayımlanan "Gün başladı" proqramının qonağı olub.

Hurriyyet.org axşam.az-a istinadən bildirir ki, o, "Eurovision" müsabiqəsi barədə fikirlərini bildirib:

"Heyfslənirəm ki, səkkiz ildir "Eurovision" artıq ciddi deyil. Biz tərəfdən nəzərdə tutmuram, ümumi deyirəm. Ciddi yanaşmırlar, qəribə insanları göndərirlər. 2012-ci ildə maraq var idi. Güclü səslər iştirak edirdi. Mənə "Eurovision" vokal müsabiqəsi kimi maraqlı olub. İndi isə sirk kimidir. Daha çox şou önplana çıxıb".

Qeyd edək ki, Azərbaycan "Eurovision"a 2008-ci ildən qatılıb. Bu il müsabiqədə Azərbaycanı "Truth" mahnısı ilə Çingiz Mustafayev təmsil edir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA