“Ev kirayələyib, talayırdılar” - Bilmədən oğurluqda iştirak edən qadının HEKAYƏSİ – VİDEO

“Ev kirayələyib, talayırdılar” - Bilmədən oğurluqda iştirak edən qadının HEKAYƏSİ – VİDEO

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında məhkum Vəfa Qaraşovanın həyat hekayəsindən danışılıb.

Vəfa Qaraşova – Cəzası: 5 il: “Məktəbi bitirəndən sonra ata və anamı itirdim. Daha sonra ailə qurdum, 2 övladım oldu. Hazırda övladlarım qaynanamın himayəsindədir. Çörəkbişirmədə, ofisiant kimi və s. bir çox işlərdə çalışdım. İndiki qaynanamla birlikdə işləyirdim. Məni orda görüb bəyənib istədilər, amma ailəm vermədi. Qoşuldum qaçdım və çox xoşbəxt yaşayırdım. Sonralar soyuqluq yarandı və yola getmədik. Uşaqlar dünyaya gələndən sonra dözə bilmədim və onları da götürüb evdən çıxdım. Qaynanam gəldi dedi ki, kirayə qalmaqla uşaq saxlamaq olmaz, ver uşaqları mən saxlayım. Mən də verdim, arada gedib-gəlirdim. Sonra bu haqq-hesab başıma gəldi. Ondan sonra da görmədim. Tutulandan sonra yoldaşım boşandı məndən. Həqiqətən çox peşimanam ki, 2 balamı gözyaşlı qoydum. Heç kəs uşaqlarımın yanına getmir və maraqlanmır. Mən rus dilini bilmirəm, uşaqlarım isə rus bölməsində oxuyur deyə, dillərini başa düşə bilmirəm. Heç nədən xəbərim yoxdur. Mənimlə Xədicə adlı bir qız işləyirdi. Dedilər ki, Binəqədidə “8 mart “ küçəsində ev var, gedək oranı təmizləyək , sənə də 50 manat verəcəm. Onlarla getdim, mənə dedilər bu ev satılacaq. 3 gün ərzində evi təmizlədim, qabları yığdım. Sonra öyrəndim ki, bu oğurluqdur, çıxıb getdim. Sonradan ev yiyəsi gəlib evini boş görüb. Evin kənarında müşahidə kamerası var imiş, çıxıb gedəndə o kameraya düşmüşəm. Polisə də ifadəmdə dedim ki, evi talamaq məqsədim yox idi. Bilsəydim ki, belə olacaq heç vaxt etməzdim. 5 gündən sonra Binəqədi Rayon Polis İdarəsi məni həbs etdi. Ardınca 4 aylıq sanksiya tətbiq olundu və Binəqədidə müvəqqəti saxlama məntəqəsinə gətirdilər. Orada da 7 ay qaldıqdan sonra ev dustaqlığına buraxdılar. Sonradan işim Ağır Cinayətlər məhkəməsində qaldırıldı və 5 il müddətinə azadlıqdan məhkum olundum. 6 ay 26 gün yatdığım çıxıldı və 4 il, 5 ay, 4 günlə cəza çəkirəm.Hazırda 1il 2 günüm qalıb. Mənə o soyulan evdən əşyalar vermişdilər ki, bunlar sənə hədiyyədir. Tutulan gecəsi o əşyaları polisə təhvil verdim. Evi İbadov Ruslan tapmışdı. Gedib sənədi ilə evi kirayəyə götürüb, yarıb qaçırmışlar. Mən sonradan bölməyə gətiriləndə bildim. Şəxsiyyət vəsiqəsinin üzü də maklerdə qalırmış. Əgər oğurluğa getdiyimi bilsəydim heç vaxt o evdən yaxınlarıma zəng etməzdim. Zəng etdiyim nömrələrdən məni tapıblar. Yəqinki, ailəm baxacaq. Gəlsələr də, gəlməsələr də sağolsunlar. Valideyinlərimdən üzr istəyirəm, bağışlayın”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA