Evə oğurluğa girən maskalı şəxs mülk sahibini bıçaqladı - ŞƏMKİRDƏ

Evə oğurluğa girən maskalı şəxs mülk sahibini bıçaqladı - ŞƏMKİRDƏ

Şəmkir rayonunda evə oğurluğa girmiş şəxs mənzil sahibini bıçaqlayıb.

Hurriyyet.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında evinə girmiş maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməsini bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA