Çevrilişçi Quaydo Fəsə “rüşvət” təklif etdi

  • 2019-01-30 13:52:36
  • |
  • Dünya /

Çevrilişçi Quaydo Fəsə “rüşvət” təklif etdi

Hurriyyet.org xəbər verir ki, Venesuelanın müxalifət lideri Xuan Quaydo Fəs dövləti ilə pozulmuş münasibətlərin yenidən qurulmasını təklif edib.

Özünü ölkənin müvəqqəti prezidenti elan edən Venesuelanın Milli Məclis sədri Xuan Quaydonun Qərbi Səhranı dövlət olaraq tanımaqdan vaz keçməsi qarşılığında Fəs dövləti ilə pozulmuş əlaqələrin yenidən qurulması təklif elədiyi bildirilib.

Fəs Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, özünü müvəqqəti prezident elan eləmiş Quaydo Fəs dövlətinə diplomatik əlaqələr qurmağı təklif edib.

Quaydonun tələbi ilə Fəsin xarici işlər naziri Nəsir Burita ilə danışıqlar aparılıb. Venesuela Milli Məclisinin xarici işlər üzrə nümayəndəsi Manuel Avendano Fəsin MAP rəsmi informasiya agentliyinə açıqlama verərək, Polisario Cəbhəsi tərəfindən sürgündə qurulmuş “Qərbi Səhra Dövləti”ni tanımaq məsələsini yenidən nəzərdən keçirəcəklərini bildirib.

Açıqlamada Fəsin xarici işlər naziri Nəsir Buritanın, ölkəsinin Venesueladakı hadisələri yaxından izlədiyini və Venesuela xalqının demokratiya və dəyişiklik yolunda qanuni tələblərinin qəbul edilməsi üçün lazım olan bütün tədbirlərin görülməsinə dəstək verdiklərini söylədiyi bildirilib.

2009-cu ildə Fəs dövləti ölkənin ərazi bütövlüyünə hücum elədiyi və Polisario Cəbhəsinə dəstək verdiyi üçün Venesuela ilə münasibətlərini kəsdiyini bəyan eləmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA