"Ukrayna Krımın Rusyanın bir hissəsinə çevrilməsi ilə razılaşmalıdır" - ÇEXİYA PREZİDENTİNDƏN ŞOK AÇIQLAMA

"Ukrayna Krımın Rusyanın bir hissəsinə çevrilməsi ilə razılaşmalıdır" - ÇEXİYA PREZİDENTİNDƏN ŞOK AÇIQLAMA

Hurriyyet.org xəbər verir ki, Çexiyanın dövlət başçısı Miloş Zeman “Barrandov” telekanalına müsahibəsində deyib: “Ukrayna və dünya ictimaiyyəti Krımın yenidən Rusyanın bir hissəsinə çevrilməsi ilə razılaşmalıdır. Bu, faktdır”. Zeman bildirib ki, sanksiyalar Rusiyanın iqtisadiyyatı və siyasətinə təsir eləməyib və Almaniya kansleri Angela Merkel ilə Fransa prezidenti Emmanuel Makronun Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərlə bağlı mövqeyi dəyişib. Zeman sözlərini belə yekunlaşdırıb: “Əgər sanksiyalar işləmirsə, yəqin ki, onları hökmən dəyişdirmək lazımdır”.

Dünən Avropa İttifaqı “Krım sanksiyaları” paketinin müddətini daha bir illiyə uzadıb. Məhdudlaşdırıcı tədbirlərə həm də Krım və ya Sevastopolda istehsal edilmiş məhsulların Avropa İttifaqına idxalının, Krım və ya Sevastopola invesitisiya qoyuluşunun qadağan edilməsi daxildir.

Elə həmin gün, yəni, cümə axşamı canlı yayımda çıxış edən RF prezidenti V.Putin bildirib ki, sanskiyalar tətbiq ediləndən bəri Rusiyanın itkisi 50 milyard dollara, bərabər olubsa, Avropa İttifaqının itkisi 240 milyard olub.

Hurriyyet.org