Şəxsi istifadə üçün gətirilən mobil telefonların satışının qarşısı alınacaq

  • 2018-07-11 11:44:58
  • |
  • Sosial /

Şəxsi istifadə üçün gətirilən mobil telefonların satışının qarşısı alınacaq

Şəxsi istifadə üçün Azərbaycana gətirilən mobil telefonlar kommersiya məqsədilə istifadə oluna bilməz.

Hurriyyet.org xəbər verir ki, bunu “Azərbaycanda elektron ticarət: cari vəziyyət və inkişaf perspektivləri” adlı konfrans zamanı Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev deyib.

O qeyd edib ki, bu cür faktların qarşısının alınması üçün tədbirlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə həyata keçirilir./trend/

Loading...

QALEREYA