Eynullanın Rasim məhəbbəti, yoxsa “kustar sex” əzbəri

  • 2019-03-28 21:29:44
  • |

Eynullanın Rasim məhəbbəti, yoxsa “kustar sex” əzbəri

“Eynullanın gözünü Rasım məhəbbəti elə örtüb ki, İlham Əliyevin açdığı ən müasir zavoda belə "kustar sex" deyir”.

Hürriyyətqəzeti xəbər verir ki, şair-publisist Heydər Oğuz öz facebook səhifəsində bu iddia ilə çıxış edib.

Şair-publisist öz iddialarını əsaslandırmaq üçün Eynulla Fətullayevin saytlarında bu gün dərc olunan iki məqalənin (biri rus, digəri Azərbaycan dilində) şəkillərini də paylaşıb. Maraqlıdır ki, istər Haqqin.az, istərsə də Virtualaz.org saytlarında dərc olunmuş yazılarda bir neçə gün öncə partlayışın baş verdiyi Sumqayıt Texnologiyalar Parkının Metaləritmə zavodu nədənsə kustar sex kimi təqdim olunub. Görünür, bu müəmmanı Eynulla Fətullayevin Rasimə duyduğu sayqı kimi qiymətləndirən şair, insafən, haqsız deyil. Zira Sumqayıt Texnologiyalar Parkındakı həmin zavod nəinki kustar sex deyil, bəzi göstəricilərinə görə hətta “Baku Steel”i belə geridə qoyur.

2012-ci ildə ölkə başçısının xeyir-duası ilə açılan zavodda hazırda 12; 14; 16; 18; 20; 22; 25-lik armaturlar istehsal edilir ki, Azərbaycan reallığında bu imtiyazı qazanmaq hər müəssisəyə nəsib olmur. Zavodda əritmə sahəsində 7 induksion soba fəaliyyət göstərir. Bu sobaların 3-ü işçi rejimdə olur, 3-ü isə təmirə saxlanılır.

Məlumata görə, müəssisədə ən müasir texnologiyalar quraşdırılıb və ГОСТ 34028-2016 standartına uyğun yüksək keyfiyyətli məhsullar istehsal edilir.

Xatırladaq ki, “Report”un ötən gün yaydığı məlumatda da sözügedən partlayış hadisəsi təhrif olunmuş və zavod kustar sex kimi göstərilmişdi. Həmin təhrifi Eynulla Fətullayevin “aztirajlı” deyib aşağıladığı “Hürriyyət” qəzeti düzəltmiş və hadisənin başvermə səbəbi barədə dünən gecə geniş material yayımlamışdı. (Bax:

http://hurriyyet.org/xeber/stp-de_sehlenkarliqdan_dogan_partlayis_sumqayitdaki_is_faciesi_niye_tehrif_olunub)

Bu gün Sumqayıt şəhər prokurorluğu “Hürriyyət” qəzetinin ortaya çıxartdığı faktı təsdiqləmişdi. Eynulla Fətullayevin “çoxtirajlı” saytları isə rəsmi etirafa belə əhəmiyyət vermədən İlham Əliyevin xeyir-duası ilə açılan zavodu “kustar sex kimi təqdim etmişdir.

Mövzuya dair fotomaterialları təqdim edirik:

 

 

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA