Şeyxin Çexiyadakı sərvəti ilə bağlı sənədlər yayıldı - FOTOLAR

Şeyxin Çexiyadakı sərvəti ilə bağlı sənədlər yayıldı - FOTOLAR

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin Çexiyada biznesinin olduğuna dair sənədlər yayılıb.

Hurriyyet.org yenicag.az-a istinadən xəbər verir ki, araşdırmaçı-jurnalist Cavanşir Həsənli bu dəfə Hacı Allahşükür Paşazadənin biznes fəaliyyətinə dair material yayımlayıb.

Jurnalistin yazdığına görə, Şeyxin Çexiyadakı biznesini idarə edən onu həmin ölkədə müalicə edən həkim-diabetoloq Marketa Şpişakovadır:
“Şeyxin Çexiyada 32 milyon 766 min kronluq sərvəti varmış. TƏXMİNƏN 1.5 MİLYON DOLLAR…Həm də bu sərvət təkcə bir şirkətə yatırılanıdır.

Allahşükür Paşazadəyə məxsus “Aynur KV” şirkətinin 2013 və 2014-cü illərdə Çexiya Ədliyyə Nazirliyinin reyestr xidmətinə təqdim etdiyi illik maliyyə sənədlərində bu fakt öz əksini tapıb.

Əsasən, daşınmaz əmlak alqı-satqısı və icarəsi ilə məşğul olmuş şirkəti məlumunuz olduğu kimi, 1980-ci il təvəllüdlü Çexiya vətəndaşı Marketa Şpişakova idarə edib. Marketa Şpişakova ixtisasca həkim diabetoloqdur və şəkərli diabetdən əziyyət çəkən Şeyxi müalicə edir.

O, Bohemia – lázně Kriváň – Slovan sanatoriyasında, eləcə də atasının da həmtəsisçilərindən olduğu Karlovı Varı Balneoloji institutunda çalışır. Şeyx cənabları ildə bir neçə dəfə bu sanatoriyada müalicə alır. Məlumat üçün bildirim ki, 4 ulduzlu sanatoriyada lüks nömrədə qalmaqla ümumi müalicə bir nəfər üçün günlük 450-500 avro təşkil edir”.

Jurnalist qeyd edib ki, bu barədə məlumatlar mediaya sızdıqdan sonra adıçəkilən şirkətin təsisçiləri dəyişdirilib:
“Aynur KV” şirkətinə gəlincə, o ötən ilin mayından “MP International s.r.o.” adı altında fəaliyyətini davam etdirir. Şirkətlə bağlı sənədlər mətbuatda açıqlanandan sonra Allahşükür Paşazadə və deputat qardaşı Cavanşir Paşazadə şirkəti Şeyxülislamın oğlu Məhəmməd Paşazadənin adına rəsmiləşdiriblər”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA