“Facebook” səhifələrinizdə belə məsələləri yaza bilərsiniz” - Ziyafət Əsgərov

“Facebook” səhifələrinizdə belə məsələləri yaza bilərsiniz” - Ziyafət Əsgərov

“Azərbaycanda dayanacaqlardan yığılan vəsaitlərin böyük hissəsi büdcəyə daxil olmur”.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa söyləyib.
F.Mustafa deyib ki, Azərbaycanda hava limaınnda, avtovağzalda giriş üçün vəsait ödənilir: “Vətəndaş hava limanına, avtovağzala taksi ilə gəlməlidir. Qısa müddətdə vətəndaş kimisə yola salırsa, yaxud harasa gedirsə, vəsait alınması düzgün deyil”.

Mədəniyyət sahəsindəki problemlərə toxunan deputat bildirib ki, Şəmistan Əlizamanlı kimi insanlara fəxri adlar verilməyib: “Şəmistan Əlizamanlıdan soruşdum ki, sizə hər hansı ad verilibmi? Mənə dedi ki, biz millətin hambalıyıq. Bu adamlar qiymətləndirilməli, onlara hərbi təqaüdlər verilməlidir”.

Vitse-spiker Ziyafət Əsgərov isə müzakirəyə çıxarılan qanun layihələrindən kənarda danışılmasını düzgün saymayıb: “Facebook” səhifələrinizdə belə məsələləri yaza bilərsiniz”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA