“Femen”in yarıçılpaq fəalı Çexiya prezidentinə hücum etdi - VİDEO

“Femen”in yarıçılpaq fəalı Çexiya prezidentinə hücum etdi - VİDEO

“Femen” hərəkatının yarıçılpaq ukraynalı fəalı Ancelina Diaş Praqadakı seçki məntəqəsində Çexiya prezidenti Miloş Zemana hücum edib.

Hurriyyet.org bildirir ki, Zeman məntəqəyə gələndə yarıçılpaq qadın ona hücum edərək səs verməsinə mane olmağa cəhd göstərib.

Amma prezident mühafizəsi zirək tərpənərək hücum edəni saxlayır...

İnsidentdən sonra Zeman seçki məntəqəsinə qayıdaraq söyləyib ki, “Femen” hərəkatı fəalının hücum etməsi onun üçün böyük şərəfdir. Bununla belə, polis fəalı 48 saatlığına saxlayıb və ona qarşı “xuliqanlıq” maddəsi üzrə ittiham irəli sürülüb. A.Diaşın tezliklə məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Loading...

QALEREYA