“FETÖ-nün xain üzünü dünyaya tanıdaq ki, dünya bir daha bu təhlükəni yaşamasın” - Türkiyəli nazir Rühsar Pekcan

“FETÖ-nün xain üzünü dünyaya tanıdaq ki, dünya bir daha bu təhlükəni yaşamasın” - Türkiyəli nazir Rühsar Pekcan

Bu gün Türkiyədə 15 İyul Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyənin Xarici Ticarət Əlaqələr Qurumunun (DEİK) ev sahibliyi ilə “The Network” (“Şəbəkə”) sənədli filminin təqdimat mərasimi keçirilib.

Hurriyyet.org-un Türkiyə bürosunun məlumatına görə, tədbirdə ticarət naziri Rühsar Pekcan, DEİK rəhbəri Nail Olpak, TRT-nin rəhbəri İbrahim Ərən, xarici ölkələrin diplomatik nümayəndələri və media nümayəndələri iştiak ediblər.

Nail Olpak deyib ki, Türkiyədə özlərini 40 il boyunca fədakar, xeyirsevər göstərən bir terror təşkilatı və onun rəhbəri Fətullah Gülən təhsilə, siyasətə, dövlət qurumlarına nüfuz etnəklə Türkiyəyə xəyanət zərbəsi vurublar.

Film haqqında məlumat verən İbrahim Ərən bildirib ki, Prezident Adminstrasiyasının Əlaqələr Rəhbərliyinin layihəsi olan filmdə FETÖ-nün 140dan çox ölkədə qurduğu təhsil şəbəkəsi və 100 milyonlarla dollarları necə mənimsəməsindən bəhs olunur. 9 dilə tərcümə olunan film 10-dan çox ölkədə yayımılanıb.

Ticarət naziri Rühsar Pekcan media işçilərinə müraciətlə bildirib ki, 15 İyul Demokratiya və Milli Birlik Gününün həqiqətlərini və FETÖ təxribatlarını dünyaya daha çox yayılmalıdır ki, tək Türkiyə deyil, dünya bir daha belə təhlükə yaşamasın: "FETO-nün xain üzünü dünyaya tanıdaq”.

Sənədlərin, canlı şahid ifadələrinin, ABŞ və Türkiyənin tanınmış simalarının da yer aldığı 4 hissəli filmdə FETÖ hərəkatının hələ də yüzlərlə ölkədə davam etdiyi bildirilir.

Qeyd edək ki, 2016-cı ildə 15 iyuldan 16 İyula keçən gecə ABŞ-da yaşayan əslən Türkiyəli təxribatçı Fətullah Gülənin rəhbərliyi ilə “Yurdda Sülh, Cahanda Sülh” şüarı altında Türk Silahlı Qüvvələrinin qruplaşmış hərbçiləri Türkiyədə hərbi çevrilişə cəhd ediblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciət etdikdən, xalq küçələrə axışıb hərbi təxribatı etiraz etdikdən sonra qanlı hadisələr dayandırılıb. Bu hadisələrdə 250 insan şəhid olub, 2196 insan yaralanıb.

Sevil Hilalqızı, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz