“Feysbuk” xəbər verdi! - QADAĞAN EDİLİR

  • 2019-05-15 18:36:28
  • |
  • Dünya /

“Feysbuk” xəbər verdi! - QADAĞAN EDİLİR

Hurriyyet.org xəbər verir ki, Yeni Zellandiyada baş vermiş qətliamdan sonra “Feysbuk” şəbəkəsi ictimai qanunları pozan canlı yayınları qadağan edəcəklərini, bu qanunları pozan hesabları müvəqqəti olaraq bağlayacaqlarını bəyan edib.

Qərar bu ilin mart ayında Yeni Zellandiyanın Kraystçerç şəhərində Nur və Linvud məscidlərinə hücum edərək onlarla insanın ölümünə səbəb olan 28 yaşlı Brenton Tarrantın terror aktını sosial media vasitəsi ilə canlı yayımlamasından sonra verilib.

“Feysbuk” rəhbərliyində çalışan Qay Rozen şəxsi blokunda paylaşdığı yazıda müəyyən ictimai qanunları pozan istifadəçilərin, məsələn, terror hadisəsini nümayiş etdirənlərin “Feysbuk”un canlı yayım xidmətindən istifadəsinin müvəqqəti şəkildə əngəllənəcəyini bildirib və bu gündən etibarən canlı yayımla bağlı qanunların sərtləşdiriləcəyini, həmçinin video və canlı yayımlardan pis məqsədlə istifadənin qarşısını almaq məqsədilə daha üstün video aşkar etmə texnologiyalarının alınması üçün “Feysbuk” şirkətinin 7,5 milyon dollar xərclədiyini bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA