Fəzail Ağamalı deputat həmkarından danışdı: “Bu qədər pul hardandır?!”

Fəzail Ağamalı deputat həmkarından danışdı: “Bu qədər pul hardandır?!”

Deputat Fəzail Ağamalı həmkarı İqbal Məmmədova məxsus “Relax”da vergi işçilərinin döyülməsi, onun oğlunun və qohumlarının həbsi barədə danışıb: “Hesab edirəm ki, belə hallar hər şeydən əvvəl valideynlərin öz övladlarına kifayət qədər nəzarət etməməsi, onu ciddi həyat tərzində yaşamağa alışdırmaması ilə bağlıdır”.


Mətbuata açıqlamasımda deputat: “Əlbəttə, xoşagəlməz vəziyyəti bütün məmurların, deputatların övladları haqqında demək ədalətsizlik olar. Belə epizodlarla əvvəllər də rastlaşmışıq.

Harınlamış bəzi məmur övladları bu cür davranışlara yol veriblər. Bu cür davranışlara yol verməklə, bir çox mətləblərə də aydınlıq gətirirlər. Bu qədər pul hardandır?! Nəyin hesabına qazanıblar?


Deməli, dövlətdən, xalqdan oğurlayıblar. Hətta araşdırsanız, görərsiniz ki, bəzi məmur övladları var ki, ölkədə əsgəri xidmətdə olmadan ayrı-ayrı ölkələrdə vətəndaşlıq alaraq, dəbdəbəli həyat sürürlər.

Yüksək səviyyəli dövlət məmurunun övladı əsgər həyatı çəkməyibsə, bu ona ən azı dövlət və cəmiyyət qarşısında başıaşağılıq gətirir. Sanki “hər şey belə olmalıdır” deyə bəzi məmurların heç nə vecinə deyil.

Baş verənlər ailənin faciəsi kimi qiymətləndirilməlidir. Həmçinin, bu cür hallar cəmiyyətdə ciddi və xoşagəlməz diskussiyalara, narazılıqlara səbəb olur. Bu baxımdan mən də təəssüflənirəm. Bu cür hallar istisnalardır. Çox arzu edərdik ki, bu istisnalar da olmasın”.\\Demokrat.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA