FİFA yeni reytinq cədvəlini açıqladı - Millimiz neçəncidir?

  • 2019-04-04 14:58:27
  • |
  • İdman /

FİFA yeni reytinq cədvəlini açıqladı - Millimiz neçəncidir?

FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb.

Hurriyyet.org xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyində heç bir dəyişiklik baş verməyib. Belə ki, yığmamız 1202 xalla 108-ci pillədə qərarlaşıb.

Yığmamızın AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərinə gəlincə, Uels əvvəlki mövqeyini qoruyub (1539 xalla 19-cu). Xorvatiya 1 (1621 xalla 5-ci), Slovakiya 3 addım geriləyib (1482 xalla 32-ci). Macarıstan isə 1 pillə irəliləyib (1419 xalla 51-ci).

İlk onluq isə belədi: 1. Belçika - 1737, Fransa - 1734, 3. Braziliya – 1676, 4. İngiltərə – 1647, 5. Xorvatiya - 1621, 6. Uruqvay - 1613, 7. Portuqaliya - 1607, 8. İsveçrə - 1604, 9. İspaniya - 1601, 10. Danimarka – 1586.

Qonşu Türkiyə yığması 2 pillə irəliləyərək 39-cu sırada qərarlaşıb. “Ay-ulduzlular”ın hesabında 1457 xal var.

Bu ayın ən yaxşı göstəricisi 8 pillə irəliləyərək 84-cü sıraya yüksələn İsrail yığmasına məxsusdu - 1285 xal. Ən pis göstəriciyə isə 11 pillə geriləyən Avstriya imza atıb – 1479 xalla 34-cü yer.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA