Filippinin keçmiş birinci xanımının həbs edilməsi əmri verildi

  • 2018-11-09 14:05:01
  • |
  • Dünya /

Filippinin keçmiş birinci xanımının həbs edilməsi əmri verildi

Hurriyyet.org xəbər verir ki, Filippinin Rüşvətlə Mübarizə Məhkəməsi həyat yoldaşı diktator Ferdinand Makrosun 20 illik idarəçiliyi dövründə 7 ədəd korrupsiya cinayətində ittiham edilən İmelda Markos barəsində həbs əmri verib.

Ayaqqabı, daş-qaş və sənət əsərləri kolleksiyaları ilə məşhur olan 89 yaşlı keçmiş birinci xanım İmelda Markos, əri Ferdinand Markosun hərbi çevriliş ilə devrildiyi 1986-cı ildən bəri davam edən onlarla rüşvət ittihamı ilə qarşılaşıb. Rüşvətlə Mübarizə Məhkəməsi konqres üzvü olan İmelda Markosun Manila valisi olduğu dövrdə İsveçrə banklarına 7 dəfə milyon dollarlıq pul transferləri elədiyi üçün hər bir transfer üçün 6 ildən 11 ilə qədər həbs cəzası tələb edib.

Markos və vəkilləri cümə günü keçirilən məhkəmə iclasında iştirak etməyiblər.

Bir hakim İmelda Markosun Rüşvətlə Mübarizə Məhkəməsinin qərarına qarşı apelyasiya məhkəməsinə müraciət edə biləcəyini və məhkumiyyət qərarının qətiləşməməsi səbəbi ilə dərhal cəzasını çəkməyə başlaya bilməyəcəyini söyləyib.

Ard-arda üç dəfə konqres üzvü seçilən İmelda Markos ailəsinin hələ güclü olduğu İlokos şəhərində 62 yaşlı qızının ardından boşalan valilik məqamına gəlmək üçün seçki yarışına daxil olub.

Ferdianad Markosun 1972-ci ildə hərbi vəziyyət elan edərək ölkəsini 20 il idarə elədiyi zaman minlərlə müxalifini həbs elətdirdiyi və ya öldürtdüyü iddia edilib. 1989-cu ildə sürgündə ölən Ferdinand Markos, ölkəsini idarə elədiyi dövrdə 10 milyard dollar pul toplamaqda ittiham edilir.

Hazırda Filippinin prezidenti olan Rodriqo Dutertenin Markos ailəsi ilə yaxşı münasibətlər içərisində olduğu və keçmiş diktatorla tez-tez görüşdüyü bəlli olub. R.Duterte Ferdinant Markosun mumiyalanmış cəsədinin 2016-cı ildə xüsusi qəhrəmanlar məzarlığında kömülməsinə icazə verib.

Hurriyyet.org

Loading...

QALEREYA