Fırıldaqçılar senator Məmmədova külli miqdarda “pul atdılar”

  • 2018-11-17 23:58:50
  • |
  • Dünya /

Fırıldaqçılar senator Məmmədova külli miqdarda “pul atdılar”

Rusiya Federasiya Şurasının üzvü Sergey Məmmədov polisə müraciət edib. Müraciət senatora qarşı edilən 16,5 milyon (425 manata yaxın) məbləğində dələduzluq faktı ilə bağlıdır.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, Sergey Məmmədov “Mercedes-Benz AMG 63 4 Matic” və “Audi S8 Plus” markalı iki avtomobilini satmaq üçün iyul ayında tanışına müraciət edib.

Tanışı isə avtomobillərin satışından əldə olunan pulu sahibinə qaytarmayıb. Sergey Məmmədovun sözlərinə görə, o polisə müraciət edib, məsələ ilə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, Sergey Məmmədov milliyyətcə azərbaycanlıdır. O, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Ənvər Məmmədovun oğludur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz