Flora Kərimova jurnalisti məhkəməyə verib

Flora Kərimova jurnalisti məhkəməyə verib

Xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlunu məhkəməyə verib.

Bu barədə Kərimovanın vəkili İlkin Ağazadə “BAKU.WS” saytına məlumat verib.

O bildirib ki, xalq artisti Flora Kərimovanın təhqir və böhtanla bağlı Muradova Ülviyyə Niyaz qızına (Alovlu Ülviyyə ) qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətinə əsasən məhkəmə icrasına baxılması üçün hazırlıq iclası təyin edilib.

Məhkəmə iclası 2 sentyabr tarixində saat 17.00-da Binəqədi Rayon Məhkəməsində hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi ilə baş tutacaq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA