Florentino Peresi dindirməyən Ronaldo “Real”a qiymət dedi - “Bundan baha satmayın”

Florentino Peresi dindirməyən Ronaldo “Real”a qiymət dedi - “Bundan baha satmayın”

Hurriyyet.org xəbər verir ki, “Real”ın hücumçusu Kriştiano Ronaldo 2018-ci ilin yayında onu 100 milyon avrodan baha satmamağı klub rəhbərliyindən xahiş edib.

Mənbənin verdiyi məlumatda deyilir ki, portəgiz futbolçu onunla maraqlanan PSJ və “Mançester Yunayted” komandalarına lazım gələrsə, ispan komandasını tərk etmək üçün mübarizə aparacağını bildirib. Lakin Ronaldonun 2016-cı ilin noyabrında klubla imzaladığı müqavilədə onun buraxılış qiyməti 1 milyard avro məbləğində göstərilib.

Mətbuatın yazdığına görə, hücumçu ilə “Real” prezidenti Florentino Peres arasındakı münasibətlər tam korlanıb: portəgiz rəhbərliklə danışmaq belə istəmir.

Dekabrın 8-də Ronaldo ondan güclü futolçunun hələ dünyaya gəlmədiyini bildirib. Forvard “Qızıl top” mükafatını aldıqdan bir gün sonra deyib: “Mən dünya futbol tarixinin ən güclü oyunçusuyam”. Əldə elədiyi mükafatların qədərinə görə o, argentinalı Leonel Messi ilə müqayisə olunurdu.

Noyabrda Ronaldonun “Real”dan getmək qərarına gəldiyi xəbəri yayıldı. Portəgiz klub rəhbərliyinin “Monako”dan Kilian Mbappeni almağa cəhd göstərməsindən narazı qalmışdı. Sonda 18 yaşlı fransız PSJ klubuna qismət olmuşdu.

Ronaldo “Real”da 2009-cu ildən oynayır. “Mançester Yunayted” portəgiz futbolçunu ispanlara 80 milyon funt sterlinqə (o vaxtın kursu ilə 93 milyon avroya) satmışdı.

Hurriyyet.org

Loading...

QALEREYA