“Formula-1” üçün bilet vauçerlərini biletlərin əsli ilə dəyişmək prosesinə start verildi

“Formula-1” üçün bilet vauçerlərini biletlərin əsli ilə dəyişmək prosesinə start verildi

2019 “Formula-1” Azərbaycan Qran-Prisinə bilet alan tamaşaçılar bu gündən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişə bilər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən xəbərə görə, bu proses aprelin 28-i yarış başlayanadək davam edəcək.

Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidir. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər.

Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin, onlayn qaydada davam edəcək. Onlayn alınan bilet vauçerləri 2019 “Formula-1” Azərbaycan Qran-Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı, yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. \\Oxu.Az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA