Əfqanıstanda SEL FƏLAKƏTİ - 14 nəfər həlak oldu

  • 2019-04-06 12:48:29
  • |
  • Dünya /

Əfqanıstanda SEL FƏLAKƏTİ - 14 nəfər həlak oldu

Hurriyyet.org xəbər verir ki, Əfqanıstanın Samangan, Badqis və Bağlan vilayətlərində baş verən sel fəlakəti zamanı 14 nəfərin həlak olduğu bildirilir. Sel fəlakəti nəticəsində onlarla heyvanın tələf olduğu barədə də məlumat verilir.

Samangan valiliyinin mətbuat nümayəndəsi Məhəmməd Sıddıq Əzizi “Anadolu Agentliyi”nin müxbirinə açıqlamasında təkcə Samangan vilayətində selin 7 nəfərin həyatı bahasına başa gəldiyini bildirib. 2 nəfər itkin düşüb. Əzizi yüzlərlə evin zərər çəkdiyini deyib.

Badqisdə 4, Bağlanda 3 nəfər selin qurbanı olub.

Bundan bir həftə əvvəl isə ölkənin qərbindəki Herat və Badqis vilayətlərində sel suları 15 nəfərin həlak olmasına səbəb olmuşdu.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA