“Əfqan geyimi geyinir, saqqalını kəsib...” – Bağdadi haqda ilginc məlumat

  • 2019-03-23 12:28:11
  • |
  • Dünya /

“Əfqan geyimi geyinir, saqqalını kəsib...” – Bağdadi haqda ilginc məlumat

İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadinin xarici görünüşünü dəyişdirib Suriyadan İraqa qaçmağa cəhd etdiyi, hazırda təşkilatın son sığınacaq yeri sayılan Baquzda olmadığı bildirilib.

Hurriyyet.org Teleqraf.com-as istinadən xəbər verir ki, bu barədə “Al-Araby al-Jadeed” qəzeti İraq kəşfiyyatına istinadən məlumat yayıb.

“Bağdadi hazırda Baquzda deyil. Lakin Demokratik Suriya Qüvvələrinin əməliyyatlarından əvvəl bir neçə dəfə bura gəlib. Təhlükəsizlik orqanlarından əldə etdiyimiz məlumata görə, o, hazırda Suriyanın başqa bir bölgəsindədir. Bir neçə dəfə İraqa qaçmağa cəhd edib, lakin "Həşdi Şabi" qüvvələri ona sərhəddən keçməyə imkan verməyib”, - deyə məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, digər İŞİD militanlarından fərqli olaraq, Bağdadi əfqan geyimlərindən istifadə edir: “Habelə xarici görünüşünü dəyişib. Saqqalını qısaldıb, qızılı rəngə boyayıb. Son iki ildə passivliyinə görə, həddən artıq kökəlib”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA