“Əfqanıstan dünya bazarına nə çıxarıb satacaq ki, hələ bir bunu vaqonlarla da daşısın?” - Natiq CƏFƏRLİ

“Əfqanıstan dünya bazarına nə çıxarıb satacaq ki, hələ bir bunu vaqonlarla da daşısın?” - Natiq CƏFƏRLİ

“Bakıda keçirilən növbəti məzmunsuz beynəlxalq konfransda bizimkilər bəyan ediblər ki, Əfqanıstan Bakı-Tiflis-Qars dəmir yoluna qoşulub, dünya bazarlarına çıxış əldə edəcək. 
Bayaqdan xəritəni qabağıma qoyub ha baxıram, bunun texniki olaraq necə baş verəcəyini çözə bilmirəm. 
Bizim məmurların coğrafiya müəllimi çox zəif, məntiq müəllimləri isə ümumiyyətlə olmayıb”. Hurriyyet.org
xəbər verir ki, bu barədə REAL Hərəkatının icra katibi Natiq Cəfərli “feysbuk” səhifəsində yazıb.

Cəfərli sual edir ki, Əfqanıstan dünya bazarına nə çıxarıb satacaq ki, hələ bir bunu vaqonlarla da daşısın: “Onların ən məşhur “ixrac malını” camaat mədəsində, bədənində daşıyır...”

Xatırladaq ki, dünən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində  Prezident İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin iştirakı ilə  hər iki ölkənin hökumət rəsmiləri arasında sənədlərin imzalanma mərasimi olub.

Cavid, Hurriyyet.org

  • Hamısı
  • Loading...