Əfqanıstanda hərbi bazaya hücum - Çox sayda amerikalı hərbçi öldü

  • 2019-03-02 11:56:35
  • |
  • Dünya /

Əfqanıstanda hərbi bazaya hücum - Çox sayda amerikalı hərbçi öldü

Hurriyyet.org xəbər verir ki, “Taliban” yaraqlılarının Əfqanıstanın cənubundakı Helmand vilayətində yerləşən Şorab hərbi bazasına hücumu baş verib.

Helmand valiliyi Şorab hərbi bazasına hücum edən 20 yaraqlının saatlarla davam edən döyüş nəticəsində öldürüldüyünü bildirib.

Rəsmi açıqlamada hücum zamanı 5 nəfər asayiş keşikçisinin həlak olduğu, bazanın təhlükəsizliyinin yenidən təmin edildiyi bildirilir.

Hadisələrin canlı şahidinin yerli mətbuata verdiyi məlumata görə, hücumda bazanın 25 nəfər əməkdaşı həlak olub.

“Taliban”ın bəyanatında isə hücum zamanı aralarında amerikalı hərbçilərin də olduğu çox sayda əməkdaşın həyatını itirdiyi iddia edilib.

Bəzi mənbələr taliblərin hücumu nəticəsində 40 amerikalı və azı 30 nəfər əfqan hərbçinin öldürüldüyünü iddia edirlər.

Helmandin Vaşir rayonundakı Şorab düşərgəsində 215-ci korpus ilə ABŞ hərbi bazası yerləşir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA