Fransa XİN başçısından Qarabağ AÇIQLAMASI

Fransa XİN başçısından Qarabağ AÇIQLAMASI

“Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə dayanıqlı həllinə tərəfdardır”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Parisdə işgüzar səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşü zamanı Fransa xarici işlər naziri Jan-İv Le Drian bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında martın 29-da keçirilən Vyana görüşündə müzakirə olunmuş etimad tədbirlərinin həyata keçirilməsini vacib hesab edən fransalı nazir münaqişənin əsaslı və razılaşdırılmış həllinin tapılmasına yönələn addımlarda ATƏT-in Minsk qrupunun həmsədri olaraq qəti, tam şəkildə, tərəfsiz olaraq iştirak etdiklərini vurğulayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA