Fransada “sarı jiletlilər” aksiyasının 23-cü aktı başladı

  • 2019-04-20 14:13:43
  • |
  • Dünya /

Fransada “sarı jiletlilər” aksiyasının 23-cü aktı başladı

Fransada “sarı jiletlilər” etiraz aksiyasının 23-cü aktı başlayıb. Hökumətin artıq neçə gündür milli debatın nəticələrini açıqlamamasına və “sarı jiletlilər”in tələblərinə cavab verməməsinə görə bu aktın gərgin olması ilə bağlı xəbərlər yayılıb.

Hurriyyet.org Azərtac-a istinadən xəbər verir ki, 23 həftədir davam edən etiraz nümayişləri səngimək bilmir. “Sarı jiletlilər”in fəallarından olan Erik Drue etiraz nümayişçilərini aprelin 20-də tam səfərbər olmağa səsləyib. O, “Youtube”da yaydığı müraciətində martın 16-da olduğu kimi, baş verəcək hadisələri “sarı jiletlilər”in üzərinə atmaqdan çəkinməyə səsləyib. Tarixin və yerin bəlli olduğunu bildirərək, “hədəf Parisdir” deyib.

Sosial şəbəkələrdə “black blocs” (radikal anarxist qrup) internet səhifəsində “1 may sarı və qara” yazaraq çağırış ediblər. “Həlledici akt” “Facebook” hesabına 10 minə qədər müsbət cavab verilib.

Qeyd edək ki, hələ ötən həftə Fransanın daxili işlər naziri K. Kastaner aprelin 20-də vəziyyətin gərgin olacağını, dağıdıcıların yenidən Parisə toplaşacağını və 16 mart hadisələrinin təkrarlanacağını bildirmişdi. Polis Həmkarlar İttifaqının üzvü də televiziyada çıxışında vəziyyətin çox “mürəkkəb” olmasını xəbər vermişdi.

Bu gün bütün ölkə üzrə 60 min polis və jandarmın səfərbər olunduğu bildirilir ki, bundan 5 mini Parisdə olacaq.

Xatırladaq ki, Yelisey çölləri, Milli Assambleya, Senat və Məryəm ana kilsəsi ətrafında nümayiş qadağan olunub.

Parisdə “sarı jiletlilər” etiraz aksiyasına görə nəqliyyatın hərəkətində problemlər yaranıb. Polis prefekturasının qərarı ilə metro stansiyalarının əksəriyyəti bağlanıb. Nümayiş qadağan olunan yerlər zirehli maşınlarla əhatəyə alınıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA