Fransanın Ruanda soyqırımında rolu araşdırılacaq

  • 2019-04-06 10:27:51
  • |
  • Dünya /

Fransanın Ruanda soyqırımında rolu araşdırılacaq

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ruanda soyqırımındakı rolunun araşdırılacağını bildirib.

Hurriyyet.org Azərtac-a istinadla xəbər verir ki, E.Makron, Ruanda soyqırımına görə müvafiq addımlar atan “Ibuka” Fransa Cəmiyyətinin nümayəndələri ilə bir araya gəlib.

Prezident fransız tədqiqatçı alimlərdən ibarət komissiyanın 1990-1994-ci illərə aid ölkə arxivlərini araşdırılacağını bəyan edib.

Komissiyanın, fransız tarixçisi Vincent Duclertin rəhbərliyi ilə 8 tədqiqatçı alimdən ibarət olduğu bildirilib.

Komissiyaya sözügedən mövzu ilə bağlı iki il ərzində hesabatı hazırlamaq üçün tapşırıqlar verilib.

Qeyd edək ki, Ruandada 1994-cu ildə xutu ekstremistlərinin törətdikləri soyqırımı zamanı 800 min tutsi, habelə xeyli mötədil xutu məhv edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA