FUAD ABBASOVDAN "XƏYANƏTKAR" OBRAZI DÜZƏLTMƏYİN!

FUAD ABBASOVDAN "XƏYANƏTKAR" OBRAZI DÜZƏLTMƏYİN!

Vaxtı ilə yazılarımdan birində Nobel mükafatına layiq görülən ilk müsəlman yazıçısından bir iqtibas gətirmişdim. Rusiyada yaşayan soydaşlarımızın Moskva toplantısındakı stol davasını müşahidə edərkən misirli yazıçının jurnalistin sualına cavabını yenidən xatırladım. Jurnalist ondan soruşur, siz möcüzəyə inanırsınızmı? Nobelçi din qardaşımızın cavabı çox dəqiq və sərrast olur: "Bəli, möcüzəyə inanıram və dünyada iki müsəlmanın sözünün bir-birini tutmasını ən böyük möcüzə hesab edirəm".

Di gəl, bundan sonra özünü saxla. Axı bölüşməyən nəyiniz qalıb ki, bu cür biabırçı vəziyyət yaradıb, özünüzü urvatdan-hörmətdən salırsınız?! Aranızda düşmənin rus hökumətilə birlikdə hiyləgərcəsinə qurduğu planların fitvasına gedənlərin olduğu görünür. Səhv edirəmsə üzrlü sayın. Ortada bu yoxdursa, qırğın-qiyamətin adı nədi? Yox, düşündüyümüzdən də mürəkkəb və qəliz qurğuya bənzəyir. Ona görə də hadisəyə sadə məsələ kimi baxmaq olmaz.

Harda batıb Diaspora Komitəsi? Dava-dalaşın başladığı gündən bu yana isbatlı bir aydınlatmasına rast gəlmədik. İttifaqın Novosibirsk üzrə təşkilatının rəhbəri Mirkazım Seyidov müsahibəsində komitə sədrini xeyli tərifləyir. Amma etiraf edim ki, çox cəsarətli və diasporadakı vəziyyətin dolğun təhlilinə görə diqqəti cəlb edən müsahibə idi. Bu cür mənfi proseslər çox güman ki, digər ölkələrdə də movcuddur. Təsəvvür edin, diasporalar uğrunda Xarici İşlər Nazirliyi ilə Komitə arasında necə şiddətli nüfuz savaşı gedir.

Mirkazım müəllimin müsahibəsində Fuad Abbasovla bağlı iradlar da yer alıb. Fuadın vətənpərliyinə yəqin M.Seyidovun özünün də şübhəsi yoxdur. Görünür, Fuad Abbasovu xoşlamayan adamlar var. Dəqiq bilmədiyimdən konkret adlar çəkməyə ehtiyat edirəm. Bu haqda onunla hər hansı söhbətimiz olmayıb. Amma fakdır ki, Rusiyadakı ermənılərin imkanları olsa, dərisini diri-diri soyarlar. Fuadın milli yanğısı onun başına az bəlalar gətirməyib. Rusların müxtəlif telekanallarındakı debatlarda heç nədən qorxmadan ermənilərə və onları müdafiə edən ulturarus şovinistlərə qarşı mübarizədə Türkiyə və Azərbaycan naminə canını fəda edirdi. Ürək agrıdan bilirsinizmi nədir? Diasporanın yeni rəhbərliyi içərisində Fuadı ermənilərə işləməkdə günahladıranlar da tapılır. Bu insafdan deyil. O, düşmənə qarşı ideoloji mübarizə aparanda yanında heç kim yox idi, meydanda tək qalmışdı. İndi sağdan özümüzünkülər, soldan düşmənlər, vur ki, vurasan...

Картинки по запросу Fuad Abbasov

Fuad bu sıxıntılara hələ tab gətirir. Türkiyədə çalışdığı agentliyin müxbiri vəzifəsindən azad edildi, indi öz soydaşlarımız tərəfindən gözümçıxdıya salınması başa düşülən deyil. Bir atalar sözü var, xoşlamasam da deyəcəyəm: "El üçün yanan iki gözündən olar". Ölkənin bəzi media orqanlarında Fuadın əleyihinə aparılan antitəbliğatın təsadüfi olmadığı görsənir. Ümumiyyətlə, bir-birinə qənim kəsilmiş doğmaların düşmənçiliyi erməniyə bəslənən düşmənçilik hissindən daha ağır, daha dəhşətli hiss olunur. Allah xatirinə, bir-birimizlə mehriban olaq, bir-birimizi sevək!!! Düşməni sevindirəcək əməllərə yol verməyək!!! Fuad Abbasovdan “xəyanətkar” obrazı düzəltməyin. Onun ölümlə üz-üzə dayandığını moskvalı azərbaycanlılar daha yaxşı bililər. Elə isə...

Mirkazım Seyidovun müsahibəsində irəli sürülən məyusedici fikirlər diasporamızın şəxsi maraqların, vəzifə ehtiraslarının, qazancın və haramzadalığın əsirinə çevrildiyini açıq-aşkar ifadə edir. Əslində məyusedici sözü ola bilsin bir anlamda yerini almasın. Müsahibədən belə başa düşdüm ki, Rusiyadakı diasporamız əməlli-başlı cinayətkar yuvasına çevrilib. Nəzarətsizlik və məsuliyyətsizlik sistemdə elə əhval-ruhiyyə yaradıb ki, cox arxayın şəkildə hər cür yaramaz və utancgətirəsi işlərə getməkdən belə çəkinməyiblər. Görün, nə baş verirmiş? Dünya Azərbaycanlılarının qurultayında birinci sıralarda oturmaq üçün nümayəndələrdən adambaşına 7 min manat həcmində rüşvət alınırmış. Yaxşı alanın başına yekə bir daş, bəs bu pulu "hədiyyə" edən ölüb yerə girmirdi. Allah rəhmət eləsin Sabirə. Müsəlman ki, müsəlman!!! Nədir ki, rəhbərə yaxın olsunlar, BİRDƏN möcüzə baş verər. 7-dən sonra nəsə yazmağa daha ehtiyac duymadım.

Eldar SABİROĞLU

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA