Fuad Poladov Estoniyada anılıb

Fuad Poladov Estoniyada anılıb

Baltik film, İncəsənət Kommunikasiya və Media İnstitunda Azərbaycan film günü təşkil olunub. Layihəni Sənəm Əliyeva və BFİ-nun layihə rəhbəri Elari Lend həyata keçirib.

Layihə çərçivəsində "İkinci pərdə" filminin rejissoru Emil Quliyev, baş rolun ifaçısı Hikmət Rəhimov Estoniyanın paytaxtı TAllinn şəhərinə dəvət olunublar. Tədbir Sənəm Əliyevanın Azərbaycan film tarixi haqqında təqdimatı ilə başlayıb. Təqdimatın giriş hissəsində böyük sənətkar, görkəmli şəxsiyyət Fuad Poladov anılıb.

Tamaşaçılara onun ifasında "Ağla, heyranım, ağla" adlı şeiri təqdim olunub. Təqdimatın sonunda "İkinci pərdə"filmi nümayiş etdirilib. Film eston tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbir "Nur" marketin təqdim etdiyi Azərbaycan şirələri və şirniyyatlarının təqdimatı ilə yekunlaşıb.

Estoniyada səfərdə olan Emil Quliyev və Hikmət Rəhimov regionun ən böyük və sanballı film institunun işi ilə yaxından tanış olublar, gələcək işbirliyi mümükünlüyü müzakirə ediblər .

Daha sonra onlar “R4” və Estoniya incəsənət və mədəniyyət kanalı olan “KuKu” radiosuna müsahibələr veriblər. Müsahibədə "İkinci pərdə" filmindən və Fuad Poladovun keçdiyi həyat yolu və yaradıcılığından söhbət açılıb.

Hurriyyet.org

Loading...

QALEREYA