Futbolçu Aleksandr Əliyev keçmiş arvadını döyüb

Futbolçu Aleksandr Əliyev keçmiş arvadını döyüb

Moskvanın “Lokomotiv” və Kiyevin “Dinamo” komandalarının keçmiş futbolçusu Aleksandr Əliyevin adı yenidən qalmaqalda hallanıb.

Oxu.Az İsport.ua-ya istinadən xəbər verir ki, bu dəfə Aleksandr Əliyevin keçmiş həyat yoldaşı Tatyana məhkəmədən futbolçunun ona və uşaqlarına yaxınlaşmağa qadağa qoymasını xahiş edib.

“Əgər mən yoxa çıxsam, bu, onun işi olacaq. O, həmişə məni hədələyir, əynimdəki paltarla məni evdən qovub. O, mənim başımı yatağa vuraraq yatağı sındırıb. Qızıma səsli mesaj göndərərək “Alina, yadında saxla, anan artıq yoxdur”, - deyə Tatyana bildirib.

Futbolçunun özü ünvanına səsləndirilən təqsirləri şərh edib və uşaqlarının anasını evdən qovmasını inkar etməyib.

“Bəli, mən onu qovmuşam. Bu, uşaqların əmlakıdır. Qoy, ana zibillikdə yaşasın. Mən uşaqları təmin edirəm, amma ona heç vaxt bir qəpik də verməyəcəm”, - A.Əliyev deyib.

Qeyd edək ki, keçmiş futbolçuya qarşı arvadını döydüyünə görə artıq beş cinayət işi açılıb. Aleksandr və Tatyana 2016-cı ildə boşanıblar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA