Füzuli Məmmədov daha bir qazinin müalicəsini öz üzərinə götürdü

  • 2019-05-15 18:24:17
  • |
  • Ölkə /

Füzuli Məmmədov daha bir qazinin müalicəsini öz üzərinə götürdü

“Rusiya Azərbaycanlıları İttifaqının” prezidenti Füzuli Məmmədov Qarabağ müharibəsi veteranı, qazi Fərəc Cəfərovun müalicəsinin təşkilini öz üzərinə götürüb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Fərəc Cəfərovun döyüş yoldaşı Səftər Rəhimli öz facebook səhifsində yazıb.

Xatırladaq ki, uzun müddətdir “qan xəstəliyindən” əziyyət çəkən F.Cəfərov Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Qanköçürmə İnstitutunda müalicə alırdı.

O, daha ətraflı müayinəsinin və müalicəsinin aparılması üçün İstanbula “Acı Badəm” xəstəxanasına köçürülüb.

Qeyd edək ki, Fərəc Cəfərov Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarcasına döyüşüb, iki dəfə ağır yaralanmasına baxmayaraq atəşkəsə qədər vətənimizin keşiyində dayanıb.

Fizuli Məmmədov iki ay öncə Bakıya gəldiyi zaman da qazimiz xəstəxanada ziyarət edib və ona yaxın zamanda dəstək olacağına söz vermişdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA