Əfv olunan əcnəbilərdən 3-ü ölkəsinə getmədi

  • 2019-03-19 11:17:05
  • |
  • Ölkə /

Əfv olunan əcnəbilərdən 3-ü ölkəsinə getmədi

Azərbaycan Prezidenti İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə həbsdən azad olunan əcnəbilərdən üçünün ölkədə yaşayışı leqallaşdırılıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə ONA-nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 16 mart 2019-cu il tarixində imzaladığı əfv sərəncamında 14 xarici vətəndaşın da adı olub. Onların sənədləri hazırlanıb, biletləri alınıb və martın 21-dək hissə-hissə öz ölkələrinə yola salınacaqlar.

Əfv olunan xarici vətəndaşlardan üçünün həyat yoldaşı Azərbaycan vətəndaşıdır. İkisi kişi, biri qadın olmaqla, hər üç şəxs Azərbaycanda qalmaq istədiyini ifadə edib. Onların müraciəti əsasında ölkədə yaşayışları leqallaşdırılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA