FÜZULİ BARATOV VƏ AQİL ABBASA

  • 2019-01-23 14:06:45
  • |

FÜZULİ  BARATOV  VƏ  AQİL ABBASA

Əlisa NİCAT

«Hürriyyət» qəzetində Mir Cəfər Bağırov və Azərbaycan milli diviziyalarına aid yazını oxudum. Əvvələn hörmətli və zəhmətkeş araşdırmaçı Füzuli Baratov! Yazıda sərlövhəni unudub diviziya barədə bir kəlmə də danışmırsan. Özü də diviziyalar yox, diviziya olmalıdır. Sən Bağırovun haqqında yazılan məlumatları bir növ təkrar edirsən. Görünür, bu da lazımdır.

Sən haqlı olaraq Aqil Abbasla polemikaya girib, amma sonra çəkilirsən. Ya məntiqin çatışmır, ya da cəsarətin.

İndi də gələk Aqil Abbasa. Köhnə dostum Aqil bəy. Sən 416-cı Azərbaycan diviziyasının yaranma tarixini bilmirsən. Əvvələn hər Sovet diviziyasında o vaxt 5-10 nəfər yox, yüzlərlə azərbaycanlı əsgər və zabiti vardı. Müharibənin ilk aylarında onları almanlar qırmırdı, yox, rus zabit və əsgərləri qırırdı. Onlara yoldaşı deyib guya azərbaycanlıları satqınlıq etdikləri üçün güllələyirdilər. Axırda iş o həddə çatdı ki, Bağırov bu cür faktlara aid yüzlərlə şikayət məktubları aldı. Hətta belə deyirlər ki, özü şəxsən həmin diviziyalarının birinə gedib hansısa bir rus zabitini güllələyib də. Bağırov bu məktubları götürüb Stalinin yanına gəlir və əhvalatı ona danışır. Stalin öz mənbələrindən bu faktların həqiqət olduğunu öyrənir. Yalnız bundan sonra ayrıca Milli Azərbaycan Diviziyası yaradılır. Bu bildiyim tarixi faktlardır. Ona görə məsələ sənin iddia etdiyin kimi deyil. Azərbaycanlılar bu diviziya yaranandan sonra yox, ondan əvvəl kütləvi şəkildə qırılırmış. Belə ki, acığın gəlir gəlmir öz işindir, bilmədiyin məsələ haqqında danışma! Mən yuxarıdakı hadisələri müharibədən gələn həm qohumlarımın həm də başqalarının dilindən eşitmişəm. O adamların ki, hadisələrin şahidi olublar. Müharibədə qırılanların sayına gəldikdə isə bu itkilər hər xalqın sayına uyğun olub.

Əzizim Füzuli Baratov! Sən də çox, dönə-dönə alman faşistləri alman faşistləri demə, Almaniyada faşizm olmayıb, “nasizm” olub. Faşizm sözü də sonralar pis məna alıb. Əslində isə “bir yığın quru çırpı” deməkdir.

Sənə görə Məhəmməd Əmin Rəsulzadənin səyi ilə təşkil olunub alman tərəfində vuruşan diviziyadakılar bəs onda kimlərdir. Azərbaycanın azadlığı uğrunda onlarmı vuruşurdu ya rus tərəfində vuruşan diviziya? Sən ikinci dünya müharibəsinə aid bütün sovet, o cümlədən xarici ədəbiyyatları oxumusanmı? Yəqin ki, yox. Bu, məqaləndən açıq-aşkar görünür. İstəsən mənə zəng vur sənə bir neçəsinin adlarını deyərəm. Və pafosla “Böyük vətən müharibəsi” adlandırdığın müharibənin əslində necə müharibə olduğunu bilərsən. Hətta sənə bildirim ki, televiziyadan bəzi rus tarixçi və siyasətçilərin dilindən eşitdiyim məlumatları da sənə xatırladım ki, qəhrəman panfilovçular, Aleksandr Matrosov və Zoya Kosmodemyanskaya və başqalarının da uydurma olduğunu eşitmişəm. Müharibə başlayan ərəfədə yüz minlərlə sovet tank və təyyarəsi sərhəddə yağ içində dayanıb Stalinin hücum əmrini gözləyirdilər ki, bütün Avropa işğal olunsun. Sadəcə Adolf Hitler Stalini 15 gün qabaqladı.

Hətta onuda bil ki, Hitleri də Almaniyada hakimiyyətə Stalin gətirib.

Bir neçə kəlmə də Mir Cəfər Bağırov haqqında. Sən bilirsən ki, mən onun haqqında az qala yüzə qədər yazı və üç tarixi roman yazmışam. Və mən Bağırovun sadəcə fəaliyyətini, əməllərini təsvir etməyib onun psixologiyasına varmışam. Və sənə xatırladım ki, çox sevdiyim Bağırovu da mələk etmək lazım deyil. Sadəcə bir misal çəkim. Bilirsən ki, Bağırov Üzeyir bəyi çox sevirdi və ona nə az nə çox beş vəzifə tapşırmışdı: SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Milli Akademiyanın həqiqi üzvü, Dövlət Konservatoriyasının rektoru, Bəstəkarlar İttifaqının birinci katibi və nəhayət sağlığında öz adına olan Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktoru. Amma bununla belə o, ermənilərin kim olduğunu hamıdan yaxşı bilən Mir Cəfər Bağırov xəstə Üzeyir bəyin cəllad erməni həkimi Osipyanın əlinə tapşırılmasına qətiyyən razılıq verməməli idi. Belə ki, erməni öz işini görüb milli qürurumuzun rəmzi Üzeyir bəyi cəmi bir neçə ay ərzində aclıqla öldürdü.

Ona görə əzizim Füzuli, yazılarının çoxluğuna yox, məzmun təzəliyinə və dərinliyinə fikir ver!

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA