Gədəbəy icra hakimiyyəti xidmətlərin asanlaşdırılması üçün VAHİD MƏRKƏZ YARATDI – FOTO/VİDEO

Gədəbəy icra hakimiyyəti xidmətlərin asanlaşdırılması üçün VAHİD MƏRKƏZ YARATDI – FOTO/VİDEO

Yerli icra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb.

Hurriyyet.org-un məlumatına görə, mərkəz 39 sahə üzrə xidmət edəcək.

Qurumda RİH başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işci olmaqla cəmi 7 nəfər daima orada xidmət göstərir. Quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilib. Burada xidmət sahələrinin hər biri telefon və kompüter dəsti ilə təchiz edilərək internetə çıxışı təmin edilib. Xidmət göstərən məsul işçilər quraşdırılmış böyük monitorda vətəndaşa izah vermək, sənəd nümunələrini göstərmək imkanına malikdirlər. Mərkəzdə vətəndaşın problemlərinin operativ həlli məqsədi ilə (4 rəqəmli nömrə) "Qaynar xətt" yaradılıb. Bundan əlavə, xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzdə könüllülər fəaliyyət göstərir.

Burada məqsəd sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi, vaxt itkisinin qarşısının alınması, süründürməcilik və korrupsiya hallarının qarşısının alınması, vətəndaşın eyni vaxtda vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edilməsi, işgüzar mühit, açıqlıq, həssas münasibət, yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması, RİH-nin vətəndaşın etimad ünvanına cevrilməsi, vətəndaş məmunluğunun yüksəldilməsidir.

Xatırladaq ki, ötən ilin avqustun 28-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

 

Gədəbəy icra hakimiyyəti xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıb

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA