Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə başlayıb

Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə başlayıb

Gədəbəy rayonunda mövcud olan 11820 hektar kartof əkini sahəsi mütəmadi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən ciddi nəzarətdə saxlanılır.

Nazirlikdən Hurriyyet.org-a verilən məlumata görə, Gədəbəy rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 8300 hektar sahədə zərərvericlərə qarşı fitosanitar monitorinqlər aparılıb və 4100 hektar sahənin karantin zərərvericisi olan Kolorado kartof böcəyi ilə, 4200 hektar sahənin isə fitaftora xəstəliyi ilə sirayətləndiyi müəyyən edilib.

Mütəxəssislər tərəfindən verilən tövsiyələr əsasında təsərrüfat sahibləri və fermerlər tərəfindən əkin sahələrində Kolorado kartof böcəyinə qarşı Kurzat və Asetisuper, fitoftora xəstəliyinə qarşı isə Tikotan, Rebus və Ridomil preparatlarından istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda mübarizə tədbirləri davam etdirilir.

Kolorado kartof böcəyi Tovuz, Şəmkir və Gədəbəy rayonlarında geniş yayılıb. Gədəbəydə hava nisbətən sərin keçdiyi üçün ildə 2 nəsil, Gəncə-Qazax bölgəsində isə ildə 3-4 nəsil verir. Karantin zərərvericisi sayılan Kolorado kartof böcəyi kartof, badımcan, pomidor, bibər, kələm və digər bitkilərə böyük ziyan vurur.

Hurriyyet.org

gedebeyde kolorado kartof boceyine qarsi mubarize baslayibgedebeyde kolorado kartof boceyine qarsi mubarize baslayib

Loading...

QALEREYA