Gədəbəydə maskalı şəxslər aptekə basqın etdi - FOTO

Gədəbəydə maskalı şəxslər aptekə basqın etdi - FOTO

Gədəbəy rayonunda maskalı şəxslər aptekə girərək oğurluq ediblər.

Bu barədə Hurriyyet.org-a DİN-nin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata bildirilib ki, Gədəbəy Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Rayonun Slavyanka kənd sakini R.Həsənov Fədəbəy şəhərinin 20 yanvar küçəsində yerləşən ona məxsus aptekdən mayın 7-nə keçən gecə 3080 manat pul oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış və qısa müddətdə bu cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları müəyyən edilib.

Gədəbəy Rayon Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin şəhər ərazisində saxlanılıblar. Onlardan 2 ədəd maska, 1 ədəd alışqan tapança, 2 ədəd əlcək, 1 ədəd kəsici alət və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

Maskalı şəxslər aptekə basqın etdi- FOTOMaskalı şəxslər aptekə basqın etdi- FOTOMaskalı şəxslər aptekə basqın etdi- FOTOMaskalı şəxslər aptekə basqın etdi- FOTOMaskalı şəxslər aptekə basqın etdi- FOTOMaskalı şəxslər aptekə basqın etdi- FOTO

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA