Gənc həkimi öldürən sürücü məhkəmə zalında HƏBS EDİLDİ

Gənc həkimi öldürən sürücü məhkəmə zalında HƏBS EDİLDİ

28 yaşlı kardioloq-həkimi piyada keçidində avtomobillə vurub öldürən 18 yaşlı sürücü bu gün məhkəmə zalında qandallanıb.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bu gün Səbail rayon məhkəməsində 28 yaşlı L.Sadayzadəni maşınla vurub öldürən Sabir Talıblının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Azər Tağiyev sədrlik edib. Hazırlıq iclasında zərərçəkmişin vəkili Elçin Sadıqov təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair kifayət qədər əsaslar olduğunu bildirib və onun məhkəmə zalında həbs edilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib, Sabir Talıblı məhkəmə zalında qandallanıb.

Qeyd edək ki, mərhumun anası Gülsüm İsmayılova virtualaz.org-a müraciət edərək, hadisədən iki ay ötməsinə baxmayaraq övladının ölümünə bais olan sürücünün həbs edilməməsindən şikayətlənmişdi. Dərdli ana deyirdi ki, istintaq düzgün aparılmır və sürücünün məsuliyyətini yüngülləşdirməyə çalışır.

İndi G.İsmayılova deyir ki, məhkəmənin hazırlıq iclasında belə bir qərar qəbul edilməsi ədalətli, həm də övlad itirmiş bir ana üçün az da olsa təsəllidir.

“Düzdür, bu mənə qızımı geri qaytarmayacaq. Amma onun qatilinin azadlıqda gəzməsinə də ürəyim tab gətirmirdi. Məhkəmənin sonda ədalətli qərar qəbul edəcəyinə inanıram. Laləni öldürən, bizi ömürlük gözüyaşlı qoyan şəxsin layiqli cəza alacağına əminəm”,-ana söyləyib.

Qeyd edək ki, ölümlə nəticələnən yol-qəza hadisəsi bu il yanvarın 18-də Sabail rayonunun Parlament prospektində baş verib. 18 yaşlı Sabir Talıblının idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Mərkəzi Klinik Xəstəxananın həkim-kardioloqu Lalə Sadayzadəni vurub. Nəticədə gənc həkim hadisə yerində ölüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA