Gənc kikboksçu avtomobil qəzasında dünyasını dəyişdi - FOTO

Gənc kikboksçu avtomobil qəzasında dünyasını dəyişdi - FOTO

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, "Şahdağ Quba" idman klubunun kikboksçusu, "Baku Open" 2018 turnirinin qalibi Coşqun Qasımov avtomobil qəzasında dünyasını dəyişib.

Bu barədə məlumatı federasiyasının vitse-prezidenti, dünya çempionu Güloğlan Cabbarov verib:

"Bu gün Quba şəhərində maşın qəzasında həyatını itirən gənc kikboksçumuza Allah rəhmət eləsin. Mərhum kikboksçu məşqlərini "Şahdağ Quba" idman klubunun baş məşqçisi Telman Məhərrəmovun yanında davam etdirirdi. Böyük dərddir. Federasiyasının perspektivli idmançılarımızdan sayılırdı. Onun uğurları qarşıda idi.
Azərbaycan kikboksinqinin və ölkə idmanının başı sağ olsun".

Elnur Eltürk

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz