İntihar edən gənc polis rəisinin oğludur - YENİLƏNİB

İntihar edən gənc polis rəisinin oğludur - YENİLƏNİB

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin ailəsində bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, polis polkovnikinin oğlu, 1991-ci il təvəllüdlü Orxan Ağayev yaşadığı, 5-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən yerə yıxılaraq ölüb.

Polis və prokurorluq əməkdaşları hazırda hadisə yerindədirlər. O. Ağayevin ölümünün səbəbi araşdırılır.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.

***

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb.

Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.