“Gəncə qapılarını aparıb hələ də özündə saxlayan məhz Gürcüstandır” - HÜQUQŞÜNAS

“Gəncə qapılarını aparıb hələ də özündə saxlayan məhz Gürcüstandır” - HÜQUQŞÜNAS

Gürcülərin sərhədi qanunsuz şəkildə pozub, sərhədçilrimizi təhqir edib, üstəlik də onlardan birinin sərhədçimizin silahını əlindən alması ölkə ictimaiyyətinin hiddətinə səbəb olub. Hurriyyet.org xəbər veriri ki, insidentə bağlı hüquqşünas Əkrəm Həsənov da öz fikirlərini bildirib.

Həsənovun fikrincə, son aylar ərzində bəzi gürcü xadimlərinin ölkəmizə qarşı nümayiş etdirdiyi mövqe təəccüblü olmamalıdır: “Əslində, qonşularımız arasında ən qədim ədavət tariximiz məhz gürcülərlədir. Məsələn, XII əsrdə zəlzələyə məruz qalmış Gəncəyə hücum edən və qapılarını aparıb hələ də özündə saxlayan məhz Gürcüstandır. Müqayisə üçün ermənilərlə ədavətimiz məhz Rusiyanın Qafqaza gəlməsindən sonra başladı, onadək ermənilər bir sözümüzü iki etməyib”.

“Bakını mühasirəyə almış rus generalı əslən gürcü olan Sisianov idi”

Ə.Həsənov vurğulayıb ki, Rusiyanın Qafqazı işğal etməsində əsas rolu məhz gürcülər oynayıb: “Məsələn, XIX əsrdə Gəncəni işğal etmiş və Bakını mühasirəyə almış rus generalı əslən gürcü olan Sisianov idi. Müstəmləkə dövründə məhz Tiflis Qafqazın mərkəzi, gürcülər isə imperiyanın sevimli xalqı idi. Nəticədə SSRİ-nin qurucusu gürcü Stalin oldu”.

“Xilaskarına qarşı nankor olandan biz nə gözləyə bilərik?!”

“Gürcülər ilk növbədə bizə qarşı deyil, ruslara qarşı nankordur. Rusiyada slavyanlardan sonra təsir gücünə görə ikinci xalq gürcülər olub. Rusiya həmişə onlara dəstək verib. Amma XX əsrin əvvəlində Rus imperiyası süqut edən kimi ona ilk arxa çevirən də məhz gürcülər oldu. O zaman gürcülər Rusiyanın düşməni Almaniyanın müttəfiqi oldu. Almaniya I Dünya müharibəsini uduzanda isə ingilislərlərin tərəfinə keçdilər. Bolşeviklərə ən kəskin müqaviməti də məhz gürcülər göstərdi. Bununla belə, SSRİ-də yenə gürcülər xüsusi statusa malik oldu. Amma XX əsrin sonunda SSRİ-dən ilk çıxmaq istəyən də Baltikyanı respublikalarla yanaşı məhz Gürcüstan oldu. Son illər ərzində Rusiya ilə gərgin münasibətlərə baxmayaraq, gürcülər yenə də Rusiyada güclü mövqelərə malikdir (“qanuni oğru” dünyasından başlayaraq şou-biznesədək). Rusiya Gürcüstanla ticarət edir, ruslar Gürcüstanın əsas turist axınını təşkil edir və s. Amma baxın, Rusiyanı necə söyürlər. Xilaskarına qarşı nankor olandan biz nə gözləyə bilərik?!”,-deyə hüquqşünas sual edir.

“Biz fağırlıq edirik və nəticədə özümüzə qarşı belə münasibət görürük”

Həsənov onu da qeyd edib ki, qonşularımız arasında məhz həmişə Gürcüstanda soydaşlarımıza qarşı münasibət daha pis olub: “SSRİ dövründə hətta Ermənistanda da azərbaycanlılara münasibət belə pis olmayıb. İranda belə hazırda ali rəhbər azərbaycanlıdır. Fikir verin, Gürcüstan erməniləri nə qədər sərt davranırsa, gürcülər onların nazı ilə daha çox oynayır. Biz isə fağırlıq edirik və nəticədə özümüzə qarşı belə münasibət görürük. Onlar yalnız sərt münasibəti başa düşür. Deməli, sərt olmalıyıq”
Ə.Həsənov ilk addımı kimi gürcülərə qarşı nədən başlamağı da diqqətə çatdırıb: “Ruslardan sonra Gürcüstanda istirahət edənlər arasında ikinci yeri biz tuturuq. Rusiya ilə son münaqişə zəminində rus turisləri azalır. Biz də getməməliyik ora. Qoy, ağılları başlarına gəlsin”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA