Gəncə sakini hündürlükdən yıxılaraq ölüb

Gəncə sakini hündürlükdən yıxılaraq ölüb

Gəncədə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hurriyyet.org bildirir ki, ONA-nın yerli bürosunun xəbərinə görə, ortayaşlı kişi elektrik dirəyindən yıxılaraq, ağır xəsarət alıb.

Xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb. Tibbi müdaxiləyə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Onun 1965-ci il təvəllüdlü Abbasov İlqar Fərhad oğlu olması müəyyənləşib.

Araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA