Gəncədə bədbəxt hadisə: fəhlə hündürlükdən yıxılıb öldü

Gəncədə bədbəxt hadisə: fəhlə hündürlükdən yıxılıb öldü

Gəncə sakini hündürlükdən yıxılaraq ölüb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Gəncə şəhərində yerləşən dəmir sexində fəhlə işləyən, 30 yaşlı Nihad Əsədov sexin dam örtüyündə təmir işləri apararkən hündürlükdən yıxılıb və ağır xəsarət alıb.

Yaralı dərhal Gəncə şəhər təcilli tibbi yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan N. Əsədov Bakıya aparılarkən yolda keçinib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA