Gəncədə iki qardaş bıçaqlandı

Gəncədə iki qardaş bıçaqlandı

Gəncə şəhərində iki qardaş bıçaqlanıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, Daşkəsən rayon sakini, 1989-cu il təvəllüdlü Ramil Asif oğlu Musayev şəxsi münaqişə zəminində kəsici-deşici ailətlə 1973-cü il təvəllüdlü Rafiq Kərəm oğlu Əsgərova və onun qardaşı, 1978-ci il təvəllüdlü Kənanın bud nahiyəsinə daxilə keçməyən xəsarət yetirib. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb, onlara lazımi tibbi yardım göstərilib və vəziyyətlərinin normal olduğu bildirilir.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA