Gəncədə polis məscidə gələnləri yoxlayır - FOTOLAR

  • 2019-09-10 13:40:54
  • |
  • Ölkə /

Gəncədə polis məscidə gələnləri yoxlayır - FOTOLAR

Gəncədə Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncədə Aşura mərasiminin təhlükəsiz və dinc şəkildə keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır:

“Ötən gün günorta saatlarından etibarən şəhərin Şah Abbas məscidi ilə yanaşı dini mərasimlərin keçiriləcəyi digər məkanlarda da təhlükəsizlik tədbirləri görülüb.

Hazırda əhali İmamzadə Dini Kompleksində keçirilən dini mərasimlərə qatılaraq dini ayinləri yerinə yetirirlər. Kompleksə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılıb və avtomobillər üçün xüsusi dayanacaq yerləri ayrılıb.

DYP əməkdaşları tərəfindən yollarda sürücülər bu barədə məlumatlandırılıb”.

Sonda polis əməkdaşları könüllü, qanvermə aksiyasında iştirak ediblər.









Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA