Gəncədə qardaşı arvadı ilə qonşu kişini bıçaqlayan şəxs saxlanıldı

Gəncədə qardaşı arvadı ilə qonşu kişini bıçaqlayan şəxs saxlanıldı

Gəncədə 2 nəfəri bıçaqlamış şəxs tutulub.

Hurriyyet.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 27-də günorta saatlarında Gəncə şəhər sakini DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək qonşuları Elvira Hüseynovanı və Eldar Əliyevi digər qonşusu Amil Hüseynov bıçaqla vurub qaçdığını bildirib.

İlkin araşdırma zamanı məlum olub ki, 1981-ci il təvəllüdlü Gəncə şəhər sakini Amil Hüseynov ailə münaqişəsi zamanı qohumu, 1991-ci il təvəllüdlü Şəmkir rayon sakini Hüseynova Elviranı bıçaq zərbələri ilə vuraraq ona döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası xəsarətini yetirdikdən sonra köməyə gələn qonşusu 1958-ci il təvəllüdlü Gəncə şəhər sakini Eldar Əliyevi bıçaqla vuraraq döş qəfəsinin və qarın nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətini yetirərək hadisə yerindən qaçıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA