Gəncədə yeznə atasının yanında qızının qulağını kəsdi - MƏHKƏMƏ

Gəncədə yeznə atasının yanında qızının qulağını kəsdi - MƏHKƏMƏ

Həyat yoldaşının qulağını kəsən ər Ali Məhkəməyə müraciət edib.

Hurriyyet.org olke.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məhkum olunan Bayramov Şıxəli Məmməd oğlunun məhkəmə prosesi aprel ayının 17-də hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək. Cinayət işində 2 nəfər- Fərqanə Mübariz qızı Bayramova və Mübariz İmran oğlu Aslanov tanınıb.

Xatırladaq ki, 2017-ci ilin sentyabr ayında Gəncənin Vəli Xuluflu küçəsində şəhər sakini, 1975-ci il təvəllüdlü Fərqanə Bayramova həyat yoldaşı Şıxəli Bayramov tərəfindən bıçaqlanıb. Qadın döş qəfəsinin və qulağın kəsilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilib.

Fərqanə Bayramovanın işləməsinə etiraz edən həyat yoldaşı gecə işdən çıxan zaman ona bıçaqla hücum çəkib.

Qeyd edək ki, mübahisə zamanı tərəfləri sakitləşdirməyə çalışan qadının atası, 1951-ci il təvəllüdlü Mübariz İmran oğlu Aslanov da xəsarət alıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA